Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri 8%-dən çox artıb

azerbaycanda-elektrik-enerjisi-qaz-ve-buxar-istehsali-sektorunun-gelirleri-8-den-cox-artib
11:13 - 19 Noyabr

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxarın istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 590,4 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Margin Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərici üzrə 8,5%-lik artım müşahidə olunub.

Məlumata əsasən, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 3,5% azalaraq 267,5 mln. manat təşkil edib.