Azərbaycanda inflyasiya ortamüddətli perspektivdə hədəf diapazonundan aşağı olacaq

azerbaycanda-inflyasiya-ortamuddetli-perspektivde-hedef-diapazonundan-asagi-olacaq
13:54 - 07 Oktyabr

Azərbaycanda ortamüddətli perspektivdə inflyasiya səviyyəsinin Azərbaycan Mərkəzi Bankının (AMB) təyin etdiyi hədəf dəhlizinin altında olması gözlənilir.

"Margin" xəbər verir ki,bu barədə məlumat  Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc hesabatında qeyd olunub.

Hesabata əsasən, bu il Azərbaycanda istehlak qiymətləri 3,3%, 2021-ci ildə isə 2,9% artacağı proqnozlaşdırılıb. 2022-ci ilin proqnozunda isə Azərbaycanda inflyasiya 2,8% təşkil edəcək. 2019-cu ildə Azərbaycanda inflyasiya 2,9% təşkil edib.

Əlavə edək ki, sentyabr ayında AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirib və bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilib. AMB-nin sentyabr proqnozuna əsasən, 2020-ci ilin sonuna Azərbaycanda inflyasiya 3-3,2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.