Azərbaycanda işsizlik səviyyəsinin azalacağı proqnoz edilir

azerbaycanda-issizlik-seviyyesinin-azalacagi-proqnoz-edilir
13:02 - 07 Aprel

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda işsizlik səviyyəsinin 5,8% olacağını proqnozlaşdırır.

"Margin.az" BVF-un "World Economıc Outlook" aprel hesabatına istinadən xəbər verir ki, Azərbaycanda işsizlik səviyyəsi gələn il 5,7% təşkil edəcək.

Əlavə edək ki, ötən il ölkədə işsizlik səviyyəsi 6,5% olub. Hazırda rəsmi göstərici 7% həcmindədir.