Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlanıb

baglanmis-4-bankin-emanetcilerine-odenilen-kompensasiyanin-meblegi-aciqlanib
11:09 - 07 Mart

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 476 əmanətçiyə 627,48 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

"Margin" Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan martın 3-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 244,31 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4685 əmanətçiyə 113 milyon manat, "NBC Bank" üzrə isə 4213 əmanətçiyə 131,22 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən martın 3-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 383,16 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5800 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,89 milyon manat, "Ata Bank" üzrə 9778 əmanətçiyə isə 243,27 milyon manat təşkil edib.