BƏƏ “OPEC+”-dan çıxmağı planlaşdırır

bee-opec-dan-cixmagi-planlasdirir
11:49 - 19 Noyabr

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “OPEC+”- dan çıxmaq niyyətindədir.

“Margin” xəbər verir ki, BƏƏ OPEC-in ölkələr üzrə istehsal hədəflərini ədalətli şəkildə bölüşdürmədiyini bildirib.

Bundan əlavə, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginlik yayın sonundan, BƏƏ-nin "OPEC+" razılaşmasında nəzərdə tutulan kvotadan artıq neft hasil etməyə başladığından etibarən artmaqdadır. Hazırda isə vəziyyət razılaşma çərçivəsində kvotaların bölüşdürülməsindən BƏƏ tərəfindən artan narazılıq fonunda daha da pisləşib.Həmçinin, “OPEC+”-un daxili problemlərlə üzləşdiyi bir vaxtda neft qiymətləri də kəskin şəkildə enib.

Xatırladaq ki, hazırda OPEC-ə daxil olan ölkələr Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır.

OPEC-ə qeyri-üzv olan (“OPEC+”) ölkələr isə Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla “OPEC+” formatında sıx əməkdaşlıq edir.