Beynəlxalq ödəmələr daha çox avroyla həyata keçirilir

beynelxalq-odemeler-daha-cox-avroyla-heyata-kecirilir
17:43 - 19 Noyabr

Bu ilin oktyabr ayında 2013-cü ilin iyul ayından bu yana ilk dəfə avro dolları üstələyib.

“Margin” xəbər verir ki bu haqda məlumat SWIFT (The Society for Worldwide Interbank International Finance Telecommunication – Dünya Banklararası Beynəlxalq Maliyyə Telerabitəsi Cəmiyyəti) ödəmə sistemində qeyd olunub.

 2013-cü ilin iyul ayında beynəlxalq ödənişlərdə avronun payı 37,5 %, dolların isə 36,14 % olsa da, avqust ayında ABŞ pul vahidi yenidən 40,14 %-lik liderliyə yiyələnərək avronu 16,16 %-dək sıxışdırıb.

2020-ci ilin oktyabr ayında isə avro 37,82%, dollar isə 37,64 %-lik göstəricilərə malik olub.

Qeyd edək ki, beynəlxalq ödənişlər və maliyyə məlumatları mübadiləsi sistemi olan SWIFT-yə dünya ölkələrinin böyük əksəriyyətindəki 11 mindən artıq ən böyük iqtisadi qurum qoşulub.