Bitkoindən ən çox gəlir əldə edən ölkələr açıqlanıb

bitkoinden-en-cox-gelir-elde-eden-olkeler-aciqlanib
12:33 - 10 İyun

Bitkoin 2020-ci ildən ən çox qazanan ölkələrin adları məlum olub.

"Margin.az" xəbər verir ki, bu barədə "Chainalysis" firması məlumat yayıb. Onların araşdırmasına görə, ABŞ 4.1 milyard dollarla bitkoindən dünyada ən yüksək gəlir əldə edən ölkə olub. İlk üçlüyü 1,1 milyard dollarla Çin, 900 milyon dollarla Yaponiya tamamlayıb.

Qonşu Türkiyə isə 300 milyon dollarla siyahıda 14-cü yerdə qərarlaşıb.