"Boeing 737 Max" təyyarələri ilə uçuşların bərpasına razılıq verilib

boeing-737-max-teyyareleri-ile-ucuslarin-berpasina-raziliq-verilib
17:39 - 16 Oktyabr

Aviasiya Təhlükəsizliyi üzrə Avropa Agentliyi "Boeing 737 Max" təyyarələrini beynəlxalq uçuşlar üçün təhlükəsiz hesab edir.

"Margin " xəbər verir ki, bu haqda məlumatı agentliyin baş direktoru Patrik Kay bildirib.

Direktor bu təyyarələrin koronavirus pandemiyası fonunda daha təhlükəsiz olduğunu qeyd edir : "Boeing 737 Max" təyyarələrinin təhlükəsizlik yüksək səviyyədədir.Təyyarənin uçuşa yararlılığı barədə təlimat sənədlərin son yoxlanışından sonra gələn ay veriləcək".