Böyük Britaniyanın iqtisadi xəbərləri Avropa bazarlarına təkan olub

boyuk-britaniyanin-iqtisadi-xeberleri-avropa-bazarlarina-tekan-olub
16:23 - 20 Noyabr

Bu gün Avropa bazarlarında Böyük Britaniyadakı pərakəndə satışa dair məlumatların təsirilə yüksəliş qeydə alınır.

“Margin” xəbər verir ki, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,28% artaraq 6.352,03 bəndə, Fransanın “CAC 40” indeksi 0,43% artaraq 5.497,97 bəndə, Almaniyanın DAX indeksi 0,16% artaraq 13.107,4 bəndə çatıb.

Qeyd edək ki, Böyük Britaniyada oktyabr ayında pərakəndə satışların həcminin əvvəlki aya nisbətən 1,2% , illik hesabla 5,8 % artması fond bazarına müsbət təsir edib. Həmçinin “PSA Group” (“Pegeout – Citroen”) ilə FCA (“Fiat – Crysler Automobiles”) şirkətlərinin birləşəndən sonra yaradacaqları “Stellantis” şirkətinin listinqinə dair Niderland hökumətinin icazə verməsi, birləşmədən sonra buraxılacaq səhmlərin də Nyu-York Fond Birjasında (NYSE) satılacağı barədə xəbərlərin də müsbət təsiri var. Belə ki, “PSA Group”un səhmləri 0,6 % bahalaşıb.

Digər tərəfdən, yeni koronavirus dərmanına dair xəbərlərin yaratdığı yüksək ovqatın artıq sönüklədiyi qeyd olunur.