Britaniyanın “Heathrow” Avropanın ən böyük hava limanı olmaq iddiasını itirir

britaniyanin-heathrow-avropanin-en-boyuk-hava-limani-olmaq-iddiasini-itirir
15:21 - 28 Oktyabr

Londonun “Heathrow” hava limanı artıq Avropanın ən işlək hava limanı hesab edilmir. Koronavirus pandemiyası səbəbindən sərhədlərin uzun müddət bağlı qalması şirkətə ciddi ziyan vurub . 

“Margin” xəbər verir ki, liman pandemiya dövründə sərnişin sayının rəqiblərindən az olmasına görə böhrandan çıxa bilmir.  Bundan əlavə, koronavirus məhdudiyyətlərinin yenidən sərtləşdirilməsi turizmin yaxşılaşması ümidlərini də sarsıdıb.Hava limanı bu il 22,6 milyon sərnişinə, 2021-ci ildə 37,1 milyon sərnişinə xidmət göstərəcəyini proqnozlaşdırıb.

Liman, ilin ilk doqquz ayında koronavirus pandemiyası ilə əlaqəli 1,5 milyard funt itirdiyini və sərnişin sayının 69% azalaraq 19 milyona düşdüyünü açıqlayıb. 

Bundan əlavə, İngiltərə höküməti  dekabrın əvvəlinə qədər səyahətləri canlandırmaq üçün Covid-19 testlərinə əsaslanan daha qısa karantinalar elan edəcəyini bildirib.