Britaniyanın ÜDM-i 10% azalıb

britaniyanin-udm-i-10-azalib
13:52 - 13 Yanvar

2020-ci ilin dördüncü rübündə Böyük Britaniya ÜDM-i ölkədə tətbiq edilən məhdudiyyətlər fonunda 10% azalıb.

"Margin" "Bloomberg"ə istinadən xəbər verir ki, bu haqda məlumatı İngiltərə Mərkəzi Bankı yayımlayıb. Məlumata əsasən, koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər və turizm sektorunun tənəzzülü ölkə iqtisadiyyatına ciddi təsir göstərib. Bundan əlavə, ölkənin istehlak xərcləri ümumilikdə bir il əvvələ nisbətən 2,3% azalıb, onlayn pərakəndə satış isə 52% artıb.