Bu il neftin ortalama qiyməti nə qədər olacaq?

bu-il-neftin-ortalama-qiymeti-ne-qeder-olacaq
15:53 - 07 Aprel

Beynəlxalq Valyuta Fondu (BVF) bu il neftin bir barelinin qiymətinin 58,52 ABŞ dollar olacağını proqnozlaşdırır.

"Margin.az" BVF-un "World Economic Outlook" aprel hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə neftin bir barelinin orta qiyməti 54,83 dollar təşkil edəcək. Neft qiymətləri ötən il isə 32,7% azalaraq 41,29 dollar təşkil edib. Neftin qiyməti hesablanarkən "Brent", "Dubai" və WTI markalı neftlərin orta qiymətləri götürülür.

Fondun proqnozlarının artmasına səbəb neft bazarında "OPEC " və "OPEC+" ölkələrinin hasilatı azaltması səbəbiylə təklifin azalması, qlobal neft ehtiyatlarının tədricən azalması və tələbin artmasıdır. Hesabata əsasən ötən ilin avqust ayından, bu ilin fevral ayına kimi neft qiymətləri 39% artıb. Artıma səbəb isə dünya ölkələrində peyvəndləmə prosesinin sürətlənməsi və Asiyada sürətli iqtisadi bərpadır.