BVF: "Peyvəndlərə investisiya vergi gəlirlərini 1 trilyon dollar artıra bilər"

bvf-peyvendlere-investisiya-vergi-gelirlerini-1-trilyon-dollar-artira-biler
18:28 - 07 Aprel

Beynəlxalq Valyuta Fondu (BVF) COVID-19 pandemiyasına qarşı vaksinasiyaya yatırılan investisiyanın 2025-ci ilə qədər inkişaf etmiş iqtisadiyyatlara 1 trilyon dollardan çox əlavə vergi gəliri gətirəcəyini açıqlayıb.

"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlayıb.

COVID-19 pandemiyasına qarşı peyvəndləmədə rəqabət davam edir.Lakin peyvənd nisbətinin ölkələr arasında çox fərqli olduğuna diqqət çəkən hesabatda, insanların çoxunun hələ peyvənd əldə edə bilmədiyi qeyd edilib. Məruzədə bildirilib ki, vaksinasiya prosesini sürətləndirmək üçün qlobal əməkdaşlıq artırılmalıdır. Hesabatda peyvəndlərə investisiyaların yatırılmasının inkişaf etmiş ölkələrdə vergi gəlirlərini 1 trilyon dollar artıra biləcəyi də açıqlanıb.