BVF Səudiyyə Ərəbistanının böyümə proqnozunu azaldıb

bvf-seudiyye-erebistaninin-boyume-proqnozunu-azaldib
13:25 - 04 May

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Səudiyyə Ərəbistanı iqtisadiyyatının böyümə proqnozunu 2,9% faizdən 2,1%-ə endirib.

"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlayıb.

 BVF ölkə rəhbərliyinin, yeni növ koronavirus (Kovid-19) böhranına sürətli və qərarlı bir şəkildə müdaxilə etmədiyini bildirib. Buna görə də krallığın iqtisadiyyatı nisbətən gec bərpa olunacaq. Bəyanatda bildirilib ki, krallığın iqtisadiyyatında diçəliş, bankların həyata keçirəcəyi özəl sektora dəstək proqramları hesabına baş verə bilər. Krallığın iqtisadiyyatının bu il 2,1%, gələn il 4,8% böyüməsi gözlənilir. Səudiyyə Ərəbistanı iqtisadiyyatı 2020-ci ildə 4,1% kiçilib.

Bundan əlavə, "OPEC +" qrupunun neft hasilatının azadılması ilə bağlı razılaşmanın sona çatması və krallığın neft hasilatını artırması ölkə iqtisadiyyatını dəstəkləyəcək. Əgər, belə davam etsə, iqtisadi artım gələn il 6,8% olacaq.