“Cadillac”ın sürücüsüz uçan avtomobili təqdim edilib

cadillacin-surucusuzucan-avtomobili--teqdim-edilib
14:23 - 13 Yanvar

“General Motors” avtomobil şirkəti “Cadillac” markasının sürücüsüz uçan modelini təqdim edib.

“Margin” "CNBC" agentliyinə istinadən xəbər verir ki, sürücüsüz avtomobil saatda 90 kilometr sürətlə hərəkət edə biləcək və yalnız bir nəfər daşıya biləcək.

"General Motors"un səhmləri yeni elektrikli uçan avtomobili təqdim etdikdən sonra  8,8%  artaraq 48.95 dollara yüksəlib.