Cənubi Koreya İranın 1 milyard dollarını blokdan çıxarıb

cenubi-koreya-iranin-1-milyard-dollarini-blokdan-cixarib
13:42 - 23 Fevral

Cənubi Koreya 1 milyard dollar məbləğində İran fondlarını blokdan çıxarıb.

"Margin" TASS-a xəbər verir ki, bu barədə İran hökümətinin sözçüsü Əli Rabiey açıqlayıb.

Məlumata görə, ABŞ-ın istəyi ilə əvvəllər Cənubi Koreya İrana məxsus 7 milyard dolları bloklayıb. İndi isə Cənubi Koreya İranın 1 milyard dollarını blokdan çıxarıb: "Cənubi Koreya və Yaponiya nümayəndələri ilə bu ölkələrdə bloklanan İran Mərkəzi Bankının maliyyə qaynaqlarının istifadəsinə dair razılıq əldə edilib. İlkin mərhələdə Cənubi Koreya bizə 1 milyard dollar verəcək"/