Çin iqtisadiyyatının böyüməsi gözlənilir

cin-iqtisadiyyatinin-boyumesi-gozlenilir
13:56 - 16 Oktyabr

Bütün dünya ölkələrinin iqtisadiyyatında  Covid-19 pandemiyası fonunda ciddi  azalmalar müşahidə edilsədə, Çin Respublikasının iqtisadiyyatı yaxşı vəziyyətdədir. Buna görə də bu il, iqtisadi cəhətdən böyüməsi gözlənilən yeganə ölkə Çin nəzərdə tutulub.

“Margin” xəbər verir ki, ölkənin ixrac tələbinin artması nəticəsində sənayə sektorunun dirçəlməsi və Çinin Covid-19 epidemiyasına ciddi nəzarət etməsi iqtisadiyyatının inkişafına kömək edib.

Qeyd olunub ki, Çinin ümumi daxili məhsulu ilin ilk yarısında itirdiyi bütün ziyanları bərpa edib.