Çinin Avrasiya İqtisadi Birliyi ölkələri ilə xarici ticarət payı böyüyüb

cinin-avrasiya-iqtisadi-birliyi-olkeleri-ile-xarici-ticaret-payi-boyuyub
10:00 - 28 Oktyabr

Çin ilə Avrasiya İqtisadi Birliyi ölkələri arasındakı xarici ticarət dövriyyəsi, yanvar-avqust ayları arasında pandemiya təsiri səbəbindən bir qədər azalıb. Bunlara baxmayaraq, birliyə üzv ölkələrin xarici ticarət dövriyyəsindəki Çinin payı bu ilin yanvar-avqust aylarında 20% -ə qədər artıb.

“Margin” xəbər verir ki, bu barədə məlumatı  Çinin Ticarət Nazirinin müavini Vang Soven, bildirib. O qeyd edib ki, Çinin xarici ticarətdəki payının artması birliyin ən böyük ticarət tərəfdaşı kimi mövqeyini gücləndirib.