Çinin təbii qaza olan tələbi 10% artıb

cinin-tebii-qaza-olan-telebi-10-artib
19:13 - 03 May

Çinin təbii qaza olan tələbi bu il 10% artıb. Ölkənin qaz ehtiyacı yüksəlməyə davam edir.

"Margin.az" xəbər verir ki, bu barədə ölkənin dövlət neft şirkəti "PetroChina"nın icraçı direktoru açıqlayıb.

Məlumata görə, Çin günəş və külək enerjisini dəstəkləmək üçün qazla işləyən elektrik stansiyalarda enerji istehsalını artırıb. İcraçı direktorun sözlərinə görə, ölkənin təbii qaza olan tələbi bu il 350-356 milyard kubmetrə çatacaq. Qaza olan yüksək tələb elektrik enerjisi ilə işləyən şirkətlərdən və sənaye sektorundan gözlənilir.

Bildirilib ki, Çin ötən il 326,2 milyard kubmetr təbii qaz istehlak edib ki, bunun da 192,5 milyard kubmetri yerli istehsaldan əldə edilib. Ölkənin qaz idxalı ötən il isə 5,3% artaraq 140,3 milyard kubmetrə yüksəlib. Çin iqtisadiyyatı başqa ölkələrə nisbətən daha sürətli canlandığı üçün LNG idxalı ötən ilin ilk səkkiz ayında 10,3% artıb. Bu il üçün yerli istehsal planları 202,5 milyard kubmetrdir, bu da 2020-ci ildəki göstəricidən 5,2% çox olacaq.