Co Bayden şirkətlərdən alınan vergiləri artırmaq istəyir

co-bayden--sirketlerden-alinan-vergileri-artirmaq-isteyir
09:48 - 23 Fevral

ABŞ Maliyyə Naziri Janet Yellen,  Co Baydenin şirkətlərdən alınan vergilərin artırılmasının tərəfdarı olduğunu söyləyib.

“Margin” xəbər verir ki, nazir New York Times qəzetinin ev sahibliyi etdiyi konfransda sərvət vergisi məsələsinin müzakirə edildiyini söyləyib: “Lakin bu Baydenin seçimi deyil. Belə bir verginin tətbiqetmə problemləri olacaq”.

Əlavə edək ki, Yellen, keçən həftə verdiyi açıqlamasında, kapital qazancı vergilərinin artımı ilə bağlı fikirlər səsələndirib. Nazir həmçinin, bitkoin haqqında da xəbərdarlıq edərək, insanları diqqətli olmağa çağırıb. O, bitkoinin spekulyativ və səmərəsiz olduğunu bildirib".