Co Baydenin 1.9 trilyon dollarlıq iqtisadi yardım paketi təsdiqlənib

co-baydenin-19-trilyon-dollarliq-iqtisadi-yardim-paketi-tesdiqlenib
12:43 - 23 Fevral

ABŞ Konqresinin Nümayəndələr Palatasının Büdcə Komitəsi 1.9 trilyon dollarlıq iqtisadi yardım paketini təsdiqləyib.

"Margin" xəbər verir ki, yardım paketini 19 Demokratçı dəstəkləyib, 15 Respublikaçı isə qarşı çıxıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının Büdcə Komitəsi təxminən 2 trilyon dollar həcmində olan iqtisadi yardım paketini qəbul edib.

Komitə tərəfindən qəbul edilən və ABŞ Prezidenti Demokrat Co Bayden tərəfindən təklif edilən proqramdan, pandemiyaya qarşı mübarizə aparmaq üçün 400 milyard dollar, insanların vəziyyətini yaxşılaşdırmaq üçün 1 trilyon dollar ayrılacaq. Yerdə qalan vəsait isə iqtisadiyyatın stimullaşdırılmasına yönəldiləcək.

Təsdiqlənən qanun layihəsi Nümayəndələr Palatasının Prosedurlar Komitəsinə təqdim ediləcək. Daha sonra Konqresin alt palatası tərəfindən müzakirə ediləcək.