Covid-19 ilə mübarizəyə ayrılan vəsaitin həcmi açıqlanıb

covid-19-ile-mubarizeye-ayrilan-vesaitin-hecmi-aciqlanib
09:27 - 20 Noyabr

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirus pandemiyasının qarşısını almaq üçün 82 ölkədə görülən tədbirlərə 100 milyard ABŞ dollarından artıq vəsait ayırıb.

“Margin” xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən IMF-in idarəçi direktoru Kristalina Georgiyevanın bloqunda qeyd olunub ki, koronavirusa qarşı ölkələrdə ciddi tədbirlər görülür :

“Bu böhrana qarşı misilsiz şəkildə tədbirlər görərək həm də 82 ölkəyə 100 milyard ABŞ dollarından artıq yeni maliyyə ayırmışıq. Bu böhranın öhdəsindən gəlmələri, pandemiyadan sonra daha yaxşı iqtisadiyyat qurmaları üçün 190 üzv ölkəmizə daha çox yardım etməyə çalışırıq”.

Qurum rəhbəri ən qısa müddətdə pandemiyaya son qoymaq və dünya iqtisadiyyatını dirçəltmək üçün G-20 ölkələrini bir daha birgə fəaliyyətə çağırıb.