Dövlət Neft Şirkəti səhmlərini sata bilər

dovlet-neft-sirketi-sehmlerini-sata-biler
11:00 - 07 Aprel

Səudiyyə Ərəbistanı Dövlət Neft Şirkəti "Saudi Aramco" boru kəmərindəki səhmlərini 10-15 milyard dollara sata bilər.

"Margin.az" "İnterfaks"a istinadən xəbər verir ki, "Saudi Aramco" boru kəməri hissələrinin 49%-a qədərini Amerika, Çin və yerli investorlara satmaq üçün danışıqlar aparır.

Məlumata görə, anlaşma 10 milyard dollardan 15 milyard dollara qədər dəyişə bilər. Tərəflər sövdələşməni bu həftə elan edə bilərlər. Neft şirkəti boru kəmərlərinə nəzarəti isə davam etdirmək niyyətindədir. Müzakirə olunan razılaşma çərçivəsində, "Saudi Aramco" səhmləri alacaq şirkətdən, neftin boru kəmərləri ilə nəqlinə görə ödəniş alacaq və onunla birlikdə ortaq bir müəssisə yaradacaq.