Dünyanın ilk hərtərəfli yol xəritəsi hazırlanacaq

dunyanin-ilk-herterefli-yol-xeritesi-hazirlanacaq
15:27 - 13 Yanvar

Beynəlxalq Enerji Agentliyi  2050-ci ilədək xalis sıfır karbon emissiyalarına dair dünyanın ilk hərtərəfli yol xəritəsini hazırlayacağını açıqlayıb.

"Margin" "New Europa"ya istinadən xəbər verir ki, bu barədə məlumatı IEA-nın icraçı direktoru Fatih Birol bildirib.

Məlumata görə, bu xəritə vasitəsi ilə qlobal istiləşmə 1,5 ° C-yə qədər azala bilər.

Fatih Birol bildirib ki, bu xəritə ölkələrin iqlim və enerji problemlərinin həll olunmasında böyük rol oynayacaq . İcraçı direktor qeyd edib ki, iqlim problemi əslində böyük bir enerji problemidir: "IEA bu ​​problemi həll etmək və qlobal təmiz enerji keçidlərinə rəhbərlik etməkdə qərarlıdır. Ancaq, dövlətlər xüsusi təsbirlər görməsə, bu ildən başlayaraq atmosferə buraxılan qazlar yenidən artacaq və bu da ciddi problemlər yarada bilər ”.

Əlavə edək ki, agentlik 2021-ci ilədək qlobal təmiz enerji keçidləri ilə bağlı işlərini sürətləndirmək niyyətindədir və yeni xəritə 18 may 2021-ci il tarixində təqdim ediləcək.