"Dyson" yeni texnologiyalara 3 milyard funt sterlinq investisiya yatıracaq

dyson-yeni-texnologiyalara-3-milyard-funt-sterlinq-investisiya-yatiracaq
14:06 - 27 Noyabr

Böyük Britaniyanın tozsoran istehsalçısı "Dyson” şirkəti yaxın 5 il ərzində yeni texnologiyalara 2,75 milyard funt sterlinq investisiya qoyacaq.

"Margin" xəbər verir ki , şirkətin məqsədi məhsul portfelini istehsal həcmini 2 dəfə artırmaqdır. O cümlədən ötən il icrası yarımçıq dayandırılmış elektrikli avtomobillər üçün akkumlyator istehsalı layihəsinin davam etdirilməsidir.

Şirkətin icraçı direktoru Roland Krueger bildirib ki, "Dyson"-un müştərilərinin rifahı üçün yeni texnologiyalara investisiya yatırmağın vaxtıdır.