EIA: "OPEC ölkələri gündəlik 26,67 mln. barel neft hasil edəcək"

eia-opec-olkeleri-gundelik-2667-mln-barel-neft-hasil-edecek
15:27 - 07 Aprel

ABŞ-ın Energetika İnformasiyası Administrasiyası (EIA) "OPEC" ölkələrinin bu il gündəlik 26,67 mln. barel neft hasil edəcəyini proqnozlaşdırır.

"Margin.az" EIA-in aprel ayı hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə bu göstərici 28,03 mln. barel təşkil edəcək.

Əlavə edək ki, ötən il "OPEC" ölkələri gündəlik 25,59 mln. barel neft hasil ediblər.