EİA: "Ticarət uçuşları iki dəfədən çox artıb"

eia-ticaret-ucuslari-iki-defeden-cox-artib
18:55 - 03 May

Ticarət uçuşları ötən ilin aprelindən bəri iki dəfədən çox artıb.

"Margin.az" xəbər verir ki, bu barədə bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) açıqlayıb.

Məlumata görə, bu ilin aprel ayında ticari uçuşlar ötən ilin apreli ilə müqayisədə iki dəfədən çox artıb. Hətta ABŞ-da ticari ucuzlar üç dəfədən çox artıb. Belə ki, ABŞ təyyarə yanacağına tələb daxili hava səyahətindəki artımla birlikdə yüksəlir. Agentliyin açıqlamasına görə, təyyarə yanacağına olan qlobal tələb yavaş-yavaş bərpa olunur. Analitiklər isə aviasiya yanacağına tələbin bərpa sürətinin bütün yanacaqlar arasında ən yavaşı olacağını və pandemiyadan öncəki səviyyələrə qayıtmağın ən azı 2023-cü ilə qədər mümkün olmadığını düşünürlər.