Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 249 min manatlıq tenderi yekunlaşıb

erazi-tikinti-planlasdirma-merkezinin-249-min-manatliq-tenderi-yekunlasib
13:15 - 07 Mart

Ərazi Tikinti Planlaşdırma Mərkəzinin COVİD-19 infeksiyasının aşkarlanması məqsədi ilə analizlərin verilməsi və laborator diaqnostikası xidmətlərinin satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

"Margin” xəbər verir ki, tenderin qalibi "Referans Klinik Laboratoriya" Mərkəzi MMC olub. Qalib şirkətə 248508 manat vəsait ödəniləcək.