Ermənistan prezidentinə cinayət işi açıldı

ermenistan-prezidentine-cinayet-isi-acildi
16:46 - 03 May

Ermənistanın Baş Prokurorluğu prezident Armen Sarkisyanı ikili vətəndaşlığını gizlətmə ittihamı ilə cinayət işi açıb.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Hüquqşünaslar Birliyinin sədri Ara Zohrabyan açıqlayıb.

Ara Zohrabyan bildirib ki, 53 vəkil Ermənistan prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətdiyi açıqlayıblar. Xüsusi İstintaq Xidməti vəkillərin təqdim etdikləri ifadə əsasında cinayət işi açmaqdan imtina edib. Lakin Baş Prokurorluq qərarı ləğv edib və Cinayət Məcəlləsinin 1-ci hissəsinin 325-ci ("Sənədlərin saxtalaşdırılması, satılması və ya istifadəsi") maddəsi ilə cinayət işi açıb.

Bundan əvvəl, vəkillər Sarkisyanın 2003-2012-ci illərdə İngiltərə vətəndaşlığına sahib olduğunu iddia ediblər. Əlavə edək ki, Sarkisyan 2018-ci ilə qədər respublikanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb.