"Exxon" neft email zavoduna 240 mln. dollar sərmayə yatıracaq

exxon-neft-email-zavoduna-240-mln-dollar-sermaye-yatiracaq
16:23 - 10 İyun

"Exxon Mobil Corp" Louisiana neft emalı zavoduna 240 milyon dollar investisiya qoyacaq.

"Margin.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə neft-qaz şirkəti "Exxon" açıqlayıb.

Məlumata görə, neft şirkəti Luiziana ştatının Baton Rouge şəhərindəki neftayırma zavodunda xam neftin artırılması və karbon qazı tullantılarına nəzarətin yaxşılaşdırılması məqsədilə 240 milyon dollar investisiya qoymağı planlaşdırır.

Bildirilib ki, "Exxon" karbon qazı emissiyalarını minimuma endirmək və enerji səmərəliliyini artırmaq üçün çalışır.