"Facebook" 2021-ci ildə şəxsi kriptovalyutasını buraxacaq

facebook-2021-ci-ilde-sexsi-kriptovalyutasini-buraxacaq
12:18 - 27 Noyabr

"Facebook" gələn ilin yanvarın ayından etibarən özünün "Libra" adlı kriptovalyutasını buraxacaq.

"Margin" xəbər verir ki, "Libra" kriptovalyutası məhdud sayda emissiya olunacaq. "Facebook" öz kriptovalyutasınının buraxılışı barədə keçən ilin iyun ayında elan edib. İlkin olaraq bu kriptovalyutanın qlobal səviyyədə cari ilin I rübündə buraxılması gözlənilib.

"Libra"-nın buraxılış tarixi, İsveçrə maliyyə bazarı orqanı tərəfindən onu ödəmə xidməti kimi təsdiq edilməsindən asılı olacaq ki, bu da yanvar ayının əvvəlində baş verə bilər. İlkin olaraq kriptovalyutanın məzənnəsi 1 ABŞ dollarına bərabər olacaq.