Fitch: "OPEC + müqaviləsindən Rusiya 30-40 milyard dollar qazanıb"

fitch-opec--muqavilesinden-rusiya-30-40-milyard-dollar-qazanib
16:55 - 07 Aprel

Beynəlxalq reytinq agentliyi "Fitch" Rusiyanın "OPEC +" müqaviləsindən 30-40 milyard dollar qazandığını açıqlayıb.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyin analtikləri açıqlayıb.

Bildirilib ki, Rusiya şirkətləri razılaşmadan əvvəl nefti istehsal etdikləri səviyyədə davam etdirsəydilər, gəlirləri daha az oladı. Rusiya neft şirkətləri ötən ilin may ayında "OPEC +" müqaviləsi çərçivəsində hasilatı azaltmaqla daha çox qazanc əldə ediblər. “OPEC + sazişi olmasaydı və Rusiya əvvəlki həcmdə neft hasil etsəydi, şirkətlərin gəlirləri 30-40 milyard dollar az olardı.

Agentlikdən açıqlanıb ki, ölkənin neft sektorundan qazandığı 30-40 milyard dollar neft-qaz şirkətləri ilə dövlət arasında bölünüb. Əlavə olaraq, razılaşma sayəsində neft və qaz şirkətlərinin vergi yükünün daha da artırmasının qarşısı alınıb. Nəticədə, həm Rusiya şirkətləri, həm də Rusiya dövləti müqavilədən qazanıb. "Fitch" "OPEC +" sazişinin qlobal bazarda neft qiymətlərinin bərpasında böyük rol oynadığına da inanır.