Fitch: "Türk lirəsi zəifləsə və inflyasiya davam etsə,dollarlaşma artacaq"

fitch-turk-liresi-zeiflese-ve-inflyasiya-davam-etsedollarlasma-artacaq
11:23 - 07 Aprel

Beynəlxalq reytinq agentliyi "Fitch" Türkiyə Respublikasının Mərkəzi Bankında sədr dəyişikliyinin ölkə bankları üçün yenidən maliyyələşdirmə riskini artırdığını açıqlayıb.

"Margin.az" xəbər verir ki, bu barədə agentlik açıqlayıb. Agentlik bankların qısamüddətli borclarının artdığını qeyd edib. Həmçinin, ötən ilin sonunda Türkiyə banklarının xarici borcunun 2019-cu ilə nisbətən daha az olub, lakin qısamüddətli xarici borc nisbətinin 2019-cu ilə nisbətən artıb.

"Fitch" açıqlayıb ki, Türk lirəsinin zəifləməsi və inflyasiyanın davam etməsi dollarlaşmanı artıracaq. Lirənin ucuzlaşması valyuta depozitlərində azalma və ya qeyri-sabitliyə səbəb ola bilər. Reytinq agentliyi bu ilin birinci rübündə bəzi bankların xarici borcunun artığını bildirib. Xarici borclanma artdıqca yaxın müddətdə Türk banklarının xarici valyuta emissiyalarının azalacağını gözlənilir.