"G7" ölkələri benzinlə işləyən avtomobilləri daha tez aradan qaldıracaq

g7-olkeleri-benzinle-isleyen-avtomobilleri-daha-tez-aradan-qaldiracaq
17:12 - 10 İyun

"G7" liderləri benzin və dizel mühərrikli nəqliyyat vasitələrinin satışının azaldılması və elektrikli nəqliyyat vasitələrinin istifadəsinin 2030-cu ilə qədər artırılmasını müzakirə edirlər.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, "G7" hökumətləri 2030-cu ilədək satılan nəqliyyat vasitələrinin əksəriyyətinin benzin və ya dizel yanacağı xaricində olmasını təmin etmək üçün işlər görüləcək. Lakin bununla bağlı alınacaq tədbirlər barədə fikir ayrılıqları var.

Bundan əlavə, İngiltərədə keçiriləcək "G7" zirvəsində inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq üçün maliyyə ayıracağı gözlənilir.