Gürcüstanın turizmdən gəliri 95% azalıb

gurcustanin-turizmden-geliri-95-azalib
11:31 - 16 Oktyabr

Cari ilin sentyabr ayında Gürcüstan Respublikası xarici turizmdən 15,7 milyon ABŞ dolları gəlir əldə edib.

“Margin” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.

Gürcüstanın turizm sektorunun gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 302,9 milyon ABŞ dolları və yaxud 95,1% azalıb.

Sentyabrda Gürcüstan 52,1 min beynəlxalq ziyarətçi, 41,8 min turist qəbul edib. Beynəlxalq ziyarətçilərin sayında illik müqayisədə 93,8%, turistlərin sayında isə 92,2% azalma qeydə alınıb.