Hindistanda beynəlxalq uçuşların bərpası təxirə salınıb

hindistanda-beynelxalq-ucuslarin-berpasi-texire-salinib
16:40 - 28 Oktyabr

Hindistanda beynəlxalq sərnişin uçuşlarının bərpasını noyabr ayının 30-dək təxirə salıb.

“Margin” xəbər verir ki, bu haqda məlumatı Baş Mülki Aviasiya İdarəsi açıqlayıb.Yeni qərar yük təyyarələrinə, habelə Baş Mülki Aviasiya İdarəsi tərəfindən xüsusi icazə verilən təyyarələrə şamil olunmur.

Qeyd edək ki, ölkə tərəfindən müntəzəm beynəlxalq uçular mart ayından etibarən dayandırılıb. Bununla belə may ayının 7-dən koronavirusla bağlı məhdudiyyətlər nəticəsində Hindistan və xarici ölkə vətəndaşlarının vətənə qaytarılması məqsədi daşıyan "Vande Bharat  Mission" fonunda beynəlxalq çarter uçuşları, iyul ayından etibarən isə 18 ölkə ilə "hava köpüyü" (air bubble) adlı ikitərəfli sazişlər çərçivəsində ayrı-ayrı təbəqələrə aid sərnişinlər daşınıb.

Xatırladaq ki, koronavirusa yoluxma sayına görə ölkə ABŞ-dan sonra ikinci sıradadır və ümumilikdə, 8 milyona yaxın insan virusa yoluxub.