“Hollywood"-un film istehsalı 55 % azalıb

hollywood-unfilm-istehsali-55--azalib
15:30 - 16 Oktyabr

Dünyanın ən böyük film studiyası olan “Hollywood" -un çəkilişləri  Covid-19 səbəbiylə bu yay 55% azalıb.

"Margin" xəbər verir ki , Los-Ancelesdəki film və televiziya çəkilişləri bir il əvvələ nisbətən yarıdan çox azalıb .

Şirkət bildirib ki, kiçik miqyaslı çəkilişlər davam etsədə, koronavirusla məhdudiyyətlər fonunda daha çox insana ehtiyac duyulan böyük şoular mart ayının ortalarından etibarən təxirə salınıb.

 “Batman”, “Matrix 4” və “Mission Impossible 7” kimi Hollivudun ən çox gözlənilən filmlərinin çəkilişləri  koronavirus səbəbiylə 2021-ci ilə təxirə salınıb.

Hesabata əsasən ,reklam çəkilişləri  41 % azalıb.