"Huawei" qatlana bilən telefonunu satışa çıxarıb

huawei-qatlana-bilen-telefonunu-satisa-cixarib
12:21 - 23 Fevral

"Huawei" şirkəti "Mate X2" qatlana bilən smartfonu satışa çıxarıb.

"Margin" xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb. Məlumata görə, "Mate X2" smartonun qiyməti 17999 yuan (2800 dollar) təşkil edir.

Bir vaxtlar dünyanın ən böyük smartfon istehsalçılarından biri olan "Huawei", ABŞ və Tayvanda əsas tədarükçülərini itirdikdən sonra zəifləyib. Şirkətin tədarükü çiplərin azlığı səbəbiylə azalıb. Bunlara baxmayaraq, şirkət ağıllı telefon istehsalını davam etdirəcəyini və itirilmiş işlərini kompensasiya etmək üçün korporativ müştərilərə xidmət göstərməyə davam edəcəyini açıqlayıb.