İİTKM Vətən müharibəsi və post-konflikt dövrünə aid fəaliyyətinə dair hesabat verib

iitkm-veten-muharibesi-ve-post-konflikt-dovrune-aid-fealiyyetine-dair-hesabat-verib
11:23 - 27 Noyabr

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Vətən müharibəsi və post-konflikt dövründəki analitik-informasiya və kommunikasiya tədbirləri barədə hesabat təqdim edib.

Margin xəbər verir ki, İİTKM-in Kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova  hesabatda bu il sentyabr ayının 27-dən noyabr ayının 20-ə qədər müddətdə İİTKM tərəfindən Qarabağın iqtisadi inkişafı və Ermənistanla resurs müharibəsi mövzusunda hazırlanan materialların bir qismi barədə məlumatlar təqdim edildiyini bildirirb. Göstərilib ki, İİTKM-in 400-ə yaxın məqalə, müsahibə və şərhi dünyanın nüfuzlu media orqanlarında Azərbaycan, rus, ingilis, erməni, ispan, rumın, urdu və bolqar dillərində dərc olunub. Həmin məqalələrin bir qismi hesabatda nümunə kimi göstərilib.

Eyni zamanda yerli və beynəlxalq TV və radio kanallarına açıqlamalar verilib. 20-ə yaxın TV və Radioda 90-a yaxın çıxış olub, Vətən müharibəsinin gedişində fərqli istiqamətlər üzrə 4 mətbuat konfransı keçirilib. Mətbuat konfranslarında İİTKM-in hazırladığı müvafiq araşdırmalar təqdim edilib. Bu araşdırmalar əsasən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dinc əhaliyə və mülki infrastruktura dəymiş ziyan, Ermənistanın hərbi itkiləri barədə olub.