İnvestisiya fondu "Toshiba"nı almaq istəyir

investisiya-fondu-toshibani--almaq-isteyir
11:54 - 07 Aprel

Böyük Britaniya "CVC Capital Partners" investisiya fondu Yaponiyanın elektronika nəhəngi "Toshiba"nı 18 milyard dollara almaq istəyir.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, müqavilənin şərtləri Yaponiya hökuməti ilə razılaşdırılacaq.

Mərkəzi Lüksemburqda yerləşən "CVC Capital Partners" fondu tezliklə, "Toshiba" korporasiyasını 2 trilyon yendən (mövcud məzənnə ilə 18 milyard dollardan çox) almağı planlaşdırır. Razılaşma əldə olunsa bu, Yaponiyanın ən böyük biznes müqaviləsi olacaq.

Əlavə edək ki, son illərdə "Toshiba",xüsusilə, maliyyə hesabatlarının saxtalaşdırılması qalmaqalı ilə əlaqəli böhran yaşayıb.