İqtisadi Şurada maliyyə sabitliyi hesabatı və bank sektoru müzakirə edilib

iqtisadi-surada-maliyye-sabitliyi-hesabati-ve-bank-sektoru-muzakire-edilib
16:02 - 06 Mart

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

"Margin.az" xəbər verir ki, İqtisadi Şuranın martın 5-də keçirilən iclasının gündəliyində Şuranın iş planına uyğun olaraq 2020-ci ilin yekunları üzrə maliyyə sabitliyi hesabatı, bank sektorunun cari vəziyyəti və digər məsələlər müzakirə olunub. 

İqtisadi Şura tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.