İran tarixindəki ən böyük döyüş gəmisini təqdim edib

iran-tarixindeki-en-boyuk-doyus-gemisini-teqdim-edib
16:25 - 13 Yanvar

İran Hərbi Dəniz Qüvvələri ölkənin donanma tarixindəki ən böyük döyüş gəmisi olan "Mekran" və "Zireh" adlı raket korvetini təqdim edib.

“Margin” xəbər verir ki, 13 yanvar tarixində təqdim edilən raket korveti İran tarixindəki ən böyük hərbi gəmi olaraq ölkənin donanmasına qoşulub. Məlumata görə "Mekran" adlı helikopter Hind Okeanı, Babülmendep Boğazı və Qırmızı dənizdəki əməliyyatlarda istifadə üçün bir baza olaraq hazırlanıb.

İran Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi bildirib ki, gəmi 6 helikopter, sürət gəmisi və xüsusi dəniz təyinatlı qüvvələri daşıya biləcək.