Koronavirus pandemiyasının ikinci dalğasından daha çox ziyan görən iqtisadiyyatlar

koronavirus-pandemiyasinin-ikinci-dalgasindan-daha-cox-ziyan-goren-iqtisadiyyatlar
15:11 - 20 Noyabr

Fransa və İtaliya iqtisadiyyatı koronavirusun ikinci dalğası fonunda tətbiq olunan qapanmadan daha çox zərər görüb.

"Margin" xəbər verir ki, Fransa və İtaliyadakı qapanma, digər Avropa ölkələrindən daha çox ictimai fəaliyyəti ağırlaşdırır.

Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu INSEE bildirib ki, koronavirus böhranı ölkə iqtisadiyyatına çox ciddi təsir edib .

Paris və Milanda ictimai nəqliyyat demək olar ki, kəskin şəkildə zəifləyib. Ölkələrdə bir çox şirkətlərin müflüs olması ilə əlaqəli işsizlik səviyyəsi də kəskin artıb.