Kristalina Georgieva: "Ölkələrin faiz artımına hazırlaşmalıyıq"

kristalina-georgieva-olkelerin-faiz-artimina-hazirlasmaliyiq
11:48 - 07 May

"COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində verilən dəstəklər çox diqqətlə geri çəkilməli və dünyanın artan faiz nisbətlərinə hazırlıqlı olmalıyıq".

"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva açıqlayıb.

Onun sözlərinə görə, artan faiz dərəcələrinə hazırlaşmaq lazımdır. Xüsusilə, ABŞ faiz dərəcələri diqqətlə izlənilməlidir. Pandemiya ilə mübarizə çərçivəsində ölkələrə göstərilən yardımlar isə yavaş-yavaş geri çəkilməlidir. BVF prezidenti inkişaf etməmiş və yüksək borc yükü altında olan ölkələrin, faiz dərəcələrinin potensial olaraq artdığı bir şəraitdə çətin vəziyyətdə qala biləcəklərini açıqlayıb.