“LG” smartfon bazarından çıxır

lg-smartfon-bazarindan-cixir
17:07 - 22 Yanvar

 “LG”nin smartfon bazarındakı payı son 5 ildə durmadan azalıb. Buna görə də “LG” smartfon bazarını tərk etməyi planlaşdırır.

“Margin” "Today 24 News"a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin direktoru Kvon Bonq açıqlayıb. “LG” yeni smartfon növünü “LG Rollable” təqdim etsə də, mobil telefon bazarından çəkilməyə hazırlaşır. Belə ki, yeni rəqiblərin ,xüsusən,“Huawei”, “Oppo” və “Xiaomi”nin gəlişi onun zəifləməsini daha da sürətləndirib. Məlumata görə beş ildə LG smartfonlarının bazar payı 15,4% -dən 3% -ə düşüb və şirkət bu illər ərzində 4,5 milyard dollar ziyana düşüb".

“LG Electronics” şirkətinin baş direktoru bildirib ki , smartfon bazarında rəqabət çox yüksək olduğuna görə “LG” şirkəti düzgün qərar verməli və ən yaxşı seçim etməlidir.