LG telefonlarında daha 3 il sistem yeniləməsi olacaq

lg-telefonlarinda-daha-3-il-sistem-yenilemesi-olacaq
16:02 - 10 Aprel

“LG” şirkəti yaxın günlərdə smartfon bazarını tərk etməsini və onların hazırlanması ilə məşğul olan bölmənin bağlanılmasını rəsmən bəyan edib. Ancaq daha əvvəllər buraxılan smartfonların üç il ərzində “Android” əməliyyat sistemi yeniləməsi ilə təchiz ediləcəyini vəd edib.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. Məlumata görə, “Velvet”, “Wing” smartfonları, eləcə də 2019-cu ildə və daha sonra buraxılan “G” və “V” seriyalı qurğular buraxılış ilindən etibarən üç “Android” yeniləməsi ilə təchiz olunacaq.

Bundan başqa, 2020-ci ilin bir sıra modelləri, o cümlədən “LG Stylo” və “K” seriyalı qurğular iki sistem yeniləməsi ilə təchiz ediləcək.