LVMH şirkətinin gəlirləri illik 21% azalıb

lvmh-sirketinin-gelirleri-illik-21-azalib
10:54 - 16 Oktyabr

Cari ilin yanvar-sentyabr aylarında Fransanın "LVMH Moet Hennessy – Louis Vuitton" (LVMH) şirkətinin gəlirləri illik 21% azalaraq 30,348 milyard avro təşkil edib.

"Margin" xəbər verir ki, bu barədə məlumat  şirkətin hesabatında bildirib.

Hesabat dövründə ən böyük azalma 32% ticarətdə , 31% isə zərgərlik sektorunda müşahidə edilib.

Bu ilin III rübünün nəticələrinə görə, şirkətin gəlirləri 7% azalıb. Ötən rüb ərzində də ən böyük itkilər 29%   ilə "Seçmə pərakəndə ticarət" seqmentində  , ən kiçik azalma isə 3% ilə "Şərab və alkoqollu içkilər" bölməsində   olub.

Qeyd edək ki, baş qərargahı Parisdə yerləşən LVMH şirkəti "Louis Vuitton", "Givenchy", "Guerlain", "Kenzo", "Moet & Chandon", "Hennessy" və digər ticarət nişanları altında lüks məhsullar istehsal edir.