Mariya Zaxarova: "Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üç ölkə üçün də vacibdir"

mariya-zaxarova-cenubi-qafqazda-iqtisadi-ve-neqliyyat-elaqelerinin-acilmasi-uc-olke-ucun-de-vacibdir
18:40 - 10 İyun

Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan, Rusiya və Ermənistan daxil olmaqla regionun bütün ölkələrini maraqlandıran prioritet və vacib tapşırıqdır.

"Margin.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqində bildirib.

Nazirliyin nümayəndəsi məsələ ilə bağlı razılığın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarında qeyd olunduğunu açıqlayıb: “ Üç ölkənin Baş nazirlərinin müavinlərinə bu istiqamətdə işləri aparmaq tapşırılıb. Üç ölkənin mütəxəssisləri tərəfindən kommunikasiyaların bərpa olunması üçün vacib tədbirlərin görülməsi ilə bağlı ekspert analizi aparılıb. Bu, prinsipcə yaxın perspektivdə birgə infrastruktur layihələrinin mərhələli şəkildə həyata keçirilməsinə icazə verəcək. Ümid edirik ki, işçi qrup yaxın vaxtlarda öz fəaliyyətini liderlərin üçtərəfli bəyanatlarına müvafiq olaraq bərpa edəcək".

Mariya Zaxarova həmçinin, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı məntəqələrində baş verən gərginliklərin ümumi fonun normallaşmasına yardım etmədiyini də qeyd edib. Belə ki o, tərəfləri təmkinli olmağa, gərginliyin azadılmasına və ziddiyyətlərin sülh yolu ilə həllinə çağırır.