“Media haqqında” yeni qanun layihəsi hazırlanıb

media-haqqinda-yeni-qanun-layihesi-hazirlanib
15:15 - 10 Aprel

“Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanıb”.

"Margin.az"ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən deyib.

Onun sözlərinə görə, qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib: “Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb”.