Mərkəzi Bankın 150 milyon manat həcmində hərracı keçirilib

merkezi-bankin-150-milyon-manat-hecminde-herraci-kecirilib
17:28 - 28 Oktyabr

Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 150 milyon manat həcmində, 28 gün tədavül qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Margin xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 740 milyon 215,7 min manat olub.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib. 

Notların ödəmə tarixi 25 noyabr 2020-ci ildir.